AZ

Ölkə banklarının faiz gəlirləri 2 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin iyul ayının əvvəlinə Azərbaycan bankları 2 milyard 374 milyon manat faiz gəlirləri əldə ediblər. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 411.4 milyon manat və ya 21% çoxdur.  

Qeyd edək ki, bankların faiz gəlirlərinin məbləği cari ilin yanvar ayının əvvəlinə 3 milyard 969 milyon manat, ötən ilin iyul ayının 1-də isə 1 milyard 962.9 milyon manata bərabər olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
14
1
banco.az

3Mənbələr