AZ

Malaziya Kralı Rusiyaya dövlət səfərinə yola düşüb – ÖZƏL

Malaziya kralı Sultan İbrahim Rusiyaya dövlət səfəri üçün yola düşüb. 

Olaylar.az xəbər verir ki, Bernama xəbər agentliyinin məlumatına görə, o, səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüş keçirəcək.

Kralın xüsusi təyyarəsi bu səhər Kral Malaziya Hərbi Hava Qüvvələrinin bazasından havaya qalxıb. Bu, Malaziya dövlət başçısının 1967-ci ildə SSRİ ilə diplomatik münasibətlər qurulandan bəri Rusiyaya ilk dövlət səfəri olacaq.

Səfər 5-10 avqust tarixlərində baş tutacaq.

Qeyd edək ki, Malaziya federal seçkili monarxiyadır. Ölkənin ali hökmdarı olan kral, federasiyanı təşkil edən doqquz ştatın hökumətləri tərəfindən beşillik müddətə seçilir. 2024-cü ildən bu vəzifəni Johor ştatının sultanı İbrahim ibn İskəndər icra edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
olaylar.az

1Mənbələr