AZ

Rusiya zəiflədikcə: Azərbaycanın regional iqtisadi transformasiyadakı yeni rolu

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Toğrul Qulubəyli

İqdisadçı və sənaye eksperti

Yeni Reallıqlar, Yeni Marşrutlar

Rusiyanın iqtisadi və texnoloji təcridi, enerji bazarlarında nüfuzunun zəifləməsi və geosiyasi təsir dairəsinin daralması Cənubi Qafqaz və Orta Asiyada strateji düzən dəyişikliklərinə səbəb olur. Bu proses Azərbaycanın qarşısında həm risklər, həm də yeni imkanlar açır: tranzit ölkədən istehsal və regional güc mərkəzinə çevrilmək.

Rusiya Modeli: Sabitlik Uğrunda İnkişafdan İmtina

Ukrayna müharibəsi və ardıcıl Qərb sanksiyaları nəticəsində Rusiya iqtisadiyyatı:texnoloji təcridə,maliyyə izolyasiyasına və qapalı istehlak modelinə sürüklənmişdir.

Rusiya bu böhranı süni valyuta tənzimləmələri, Asiya bazarlarına (xüsusilə Çin və Hindistana) yönəlmə və daxili istehlak bazarını qoruma siyasəti ilə tarazlamağa çalışır. Lakin bu, inkişaf yönümlü deyil – müdafiə yönümlü sabitlik modelidir.

Orta Dəhlizin Yüksəlişi: Boşalan Güc Sahəsində Yeni Marşrut

Şimal Nəqliyyat Dəhlizi (Çin–Rusiya–Avropa) artıq geosiyasi risk daşıdığı üçün, Orta Dəhliz – Çin–Qazaxıstan–Xəzər–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa marşrutu daha strateji alternativ kimi çıxış edir.

Azərbaycan bu dəhlizdə:

enerji təchizatçısı,tranzit və logistika mərkəzi və regional istehsal bazası kimi funksiyaları öz üzərinə götürmək potensialına malikdir.

Enerji Təhlükəsizliyi: Alternativdən Əsas Tərəfdaşa Doğru

Avropa İttifaqı Rusiya qazından çıxmaq strategiyasını 2022-ci ildən intensiv şəkildə tətbiq edir. Bu fonda Azərbaycan:

* TAP və TANAP üzərindən 12 milyard m³ qaz ixrac edir;

* 2027-ci ilə qədər bu həcmi 20 milyard m³-ə çatdırmaq niyyətindədir;

* Bolqarıstan, Rumıniya, Macarıstan kimi ölkələrlə ikitərəfli enerji sazişləri bağlayır.

Tap-Tanap sisteminin genişlənməsi Transxəzər Boru Kəməri 2030-a qədər reallaşa bilərsə, Cənub Qaz Dəhlizinin strateji dərinliyini artıracaq və enerji təhlükəsizliyində yeni bir mərhələ başlayar.

Azərbaycan artıq Avropa enerji təhlükəsizliyinin əsas oyunçularından birinə çevrilməkdədir.

Tranzitdən İstehsala: Yeni İqtisadi Mərhələ

Sadəcə tranzit ölkə olmaq Azərbaycanın iqtisadi potensialını məhdudlaşdırır. Lakin:Ələt Azad İqtisadi Zonası,

Sumqayıt Kimya Sənaye Parkı,

Gəncə–Zəngəzur–Naxçıvan sənaye xətti

kimi təşəbbüslərlə transit mallara əlavə dəyər qatmaq, vergi bazasını genişləndirmək və texnologiya axınını təmin etmək mümkündür.

Texnoloji Modernləşmə: Rusiya Modelindən Fərqli Yol

Rusiya texnoloji bazarlardan təcrid olunduğu halda, Azərbaycan:

* Türkiyə ilə sənaye və müdafiə texnologiyaları üzrə əməkdaşlığı gücləndirir;

* Cənubi Koreya, İtaliya və Çinlə avtomatlaşdırma layihələrinə başlayır;

* Startap fondlarına, texnoparklara və rəqəmsal xidmət infrastrukturuna sərmayə yatırır.

Bu, Azərbaycan sənayesini beynəlxalq səviyyəyə sinxronlaşdıran açıq və inteqrasiya olunmuş modernləşmə modelidir.

Geoiqtisadi Tarazlıq: Çoxvektorlu Strateji Diplomatiya

Rusiya zəiflədikcə, Cənubi Qafqaz və Orta Asiyada güc boşluğu yaranır. Bu boşluğu:

Çin (iqtisadi güc),Türkiyə (siyasi-strateji fəallıq),İran (ideoloji təsir),ABŞ və Aİ (normativ və maliyyə çərçivələri)doldurmağa çalışır.

Azərbaycan bu rəqabətli geoiqtisadi mühitdə çoxvektorlu, çevik və milli maraqlara əsaslanan iqtisadi diplomatiya yürütməkdədir.

Və Nəticədə: Davamlı Yüksəlişin Azərbaycan Modeli

Qlobal dəyişikliklər fonunda Azərbaycan iqtisadi və regional baxımdan daha strateji mövqe qazanacaqdır.

Bu yüksəlişin davamlı və dayanıqlı olması üçün Azərbaycan:texnologiyanın sadəcə idxalını yox,lokalizasiyasını və transferini,ixrac həcmini yox, əlavə dəyərli ixracı,yalnız boru xətlərini deyil, sənaye gücü və istehsal zəncirini ön plana çıxarmalıdır.

Azərbaycan hazırda postsovet keçmişindən postrusiya iqtisadiyyatına keçid mərhələsindədir. Bu keçid yalnız fürsət deyil — milli və tarixi məsuliyyətdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
qaynarinfo.az

1Mənbələr