AZ

Avropada müalicəsi olmayan virus yayılır

İtaliyada Qərbi Nil virusundan 10-cu ölüm faktı qeydə alınıb.

Milli.Az xəbər verir ki, ölkədə ilin əvvəlindən bəri həmin virusdan qeydə alınan onuncu ölüm hadisəsidir.

Milli Sağlamlıq İnstitutunun məlumatına görə, iyulun 24-dən 30-dək 57 yeni yoluxma halı aşkarlanıb. Ölüm nisbəti 20% təşkil edir.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin məlumatına əsasən, İtaliyadan başqa Yunanıstan, Rumıniya, Bolqarıstan və Fransada da virus yayılıb.

Qeyd edək ki, Qərbi Nil virusu ağcaqanad vasitəsilə ötürülür. Xəstəlik yüksək hərarət, baş və əzələ ağrıları, ürəkbulanma kimi əlamətlərlə müşayiət oluna bilər. Ağır hallarda sinir sisteminə zərər vuraraq meningit, ensefalit və iflicə səbəb ola bilər. Xəstəliyin xüsusi müalicəsi yoxdur.

Asya
Milli.Az 

Seçilən
11
3
milli.az

4Mənbələr