AZ

Pakistanda musson yağışları davam edir: 299 ölü

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Pakistanda iyunun 26-dan bəri davam edən güclü musson yağışları nəticəsində 299 nəfər, o cümlədən 140 uşaq həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, Pakistan Milli Fəlakət İdarəsinin məlumatına görə, hadisələr zamanı 715 nəfər xəsarət alıb.

Bildirilib ki, yağışlar və daşqınlar nəticəsində 1676 ev zərər görüb, 562-si isə tamamilə dağılıb. Fəlakət bölgələrindən 2889 nəfər təxliyə edilib, humanitar yardım tədbirləri davam etdirilir.

Xatırladaq ki, Musson mövsümü Cənubi Asiyada hər il genişmiqyaslı təbii fəlakətlərə səbəb olur.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
bakivaxti.az

1Mənbələr