AZ

Yeni Zelandiyada çamadanında 2 yaşlı qız tapılan qadın həbs edilib

ain.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni Zelandiyada avtobusda çamadanında iki yaşlı qız tapılan qadın həbs edilib.

Polis hadisənin bir sərnişinin baqaj bölməsinə daxil olmaq istəməsindən sonra baş verdiyini bildirib.

Polisin açıqlamasına görə, avtobus sürücüsü çamadanın hərəkət etdiyini görüb və bu barədə səlahiyyətlilərə məlumat verib. Açıqlamada “Sürücü çamadanı açanda içərisində 2 yaşlı qız uşağı görüb” qeyd olunub.

Uşağın həddindən artıq istidən tərləmiş olduğu bildirilən açıqlamada ciddi fiziki xəsarət aşkar edilmədiyi qeyd edilib.

Saxlanılan 27 yaşlı qadına qarşı "kobudluq və laqeydlik" maddəsi ilə cinayət işi açılacaq.

Qadınla uşaq arasındakı münasibətin nə oluduğu isə açıqlanmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
icma.az

2Mənbələr