AZ

ABŞ Türkiyəyə görə Yunanıstanın təklifini rədd etdi

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

ABŞ və Yunanıstan arasında 2021-ci ildə imzalanmış Müdafiə Əməkdaşlığı Sazişinin daha 5 il uzadılması və bəzi düzəlişlərin edilməsi üçün iki ölkə arasında danışıqlar davam edir.

Teleqraf xəbər verir ki, bu barədə “Kathimerini” məlumat yayıb.

Yunan nəşri tərəflərin sazişə mümkün düzəlişlərlə bağlı qarşılıqlı təkliflər irəli sürdüyünü yazıb.

Qəzet vurğulayıb ki, bu çərçivədə Yunanıstan nümayəndə heyəti ABŞ-yə Egey dənizinin mərkəzindəki İskiri (Skros) adasında hərbi baza ayırmağı təklif edib, amma rədd cavabı alıb.

“Yunanıstan adadakı aerodromun baza kimi ayrılmasını təklif edib, amma Türkiyənin potensial reaksiyasını nəzərə alan ABŞ bu təklifi rədd edib”, - məlumatda bildirilib.

2021-ci ildə imzalanan sazişdə qarşılıqlı razılıq əsasında ABŞ-a Yunanıstanın digər bölgələrində də hərbi obyektlər verilməsinin mümkün olduğu qeyd edilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
2
sherg.az

3Mənbələr