Bu gün İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılacaq.
QOL.az xəbər verir ki, həmin gün Azərbaycan təmsilçiləri “Araz-Naxçıvan” və “Sabah” komandaları da potensial rəqiblərini öyrənəcək. Hazırda hər iki klub 3-cü təsnifat mərhələsindədir. “Araz-Naxçıvan” Kiprin “Omoniya”, “Sabah” isə Bolqarıstanın “Levski” klubu ilə qarşılaşacaq.
Püşkatmada “Araz-Naxçıvan” - “Ominiya” cütü səpələnmişlər səbətində (Kipr təmsilçisinin yüksək reytinqinə görə), “Levski” - Sabah” cütü isə səpələnməmişlər səbətində yer alacaq.
Püşkatmaasaat 16:00-da başlayacaq. Pley-off oyunları isə 21 və 28 avqustda keçiriləcək.