AZ

Cənubi Koreya liderindən Kim Çenə JEST

Cənubi Koreya sərhəd xəttində Şimali Koreyaya qarşı təbliğat yayımları aparan səs ucaldıcıları sökməyə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Seul Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, yeni Prezident Li Cae Myonqun vəzifəyə başlaması ilə bu addım atılıb və bu qərarın “hərbi hazırlıq vəziyyətinə təsir etmədən Koreyalararası gərginliyi azalda biləcək praktiki bir tədbir” olduğu vurğulanıb.

Müdafiə Nazirliyinin sözçüsü Li Kyunq-ho iki ölkənin ordusu arasında bu qərarla bağlı əvvəlcədən heç bir məsləhətləşmə aparılmadığını bildirib.

O, həmçinin səs ucaldıcıların mümkün bir böhran vəziyyətində yenidən yerləşdirilib-yerləşdirilməyəcəyi barədə məlumat verməyib.

Pxenyan rəhbərliyi xarici dünyadan gələn tənqidlərə qarşı həssas münasibətini davam etdirir və səs ucaldıcıların sökülməsi ilə bağlı hələ heç bir açıqlama verməyib.

İyun ayında vəzifəyə başlayan Prezident Li Cae Myonq, sələfi Yun Sok Yölün sərt siyasətlərindən fərqli olaraq dialoq mühitini yenidən qurmağa söz vermişdi. Bu çərçivədə, Şimali Koreya rejimini tənqid edən səs ucaldıcıların yayımları əvvəlcə səssizcə dayandırılmışdı.

Lakin Pxenyan indiyədək Li-nin mülayim mesajlarına cavab verməyib. Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq ötən həftə verdiyi açıqlamada Seulun ABŞ-lə olan “kor ittifaqı” və düşmənçilik mövqeyinin sələf Yunun hakimiyyətindən fərqlənmədiyini iddia etmişdi.

Bu açıqlama, Şimali Koreyanın hazırda Ukrayna müharibəsi kontekstində Rusiya ilə artan əməkdaşlığa fokuslandığını, Seul və Vaşinqtonla diplomatiyaya qayıtmaqda tələsmədiyini göstərir.

Seçilən
58
25
cebheinfo.az

10Mənbələr