AZ

“Qarabağ” Şimali Makedoniyaya yollandı

Azərbaycan çempionu “Qarabağ” Şimali Makedoniyaya yola düşüb.

Msport.az xəbər verir ki, təmsilçimiz Çempionlar Liqasının “Şkendiya” ilə oyununa bir gün əvvəldən yollanıb.

Qurban Qurbanovun yetirmələri Tetovo klubu ilə avqustun 5-də qarşılaşacaq. III təsnifat mərhələsinin ilk matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, cavab oyunu avqustun 12-də Bakıda olacaq.

Seçilən
22
3
msport.az

4Mənbələr