AZ

KL: "Sabah" və "Araz-Naxçıvan"ın potensial rəqibləri bəlli olur - YENİLƏNİR

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Apasport.az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Mərasimdə Azərbaycan təmsilçilərinin də rəqibləri bəlli olacaq.

"Sabah" I qrupun səpələnməmişləri arasında qərarlaşacaq. Komandamız "Levski" səddini adlayarsa, "AZ Alkmaar", "Vaduts", "Anderlext",  "Şeriff", "Luqano", "Selye", "Rayo Valyekano", "Rasinq" kimi klublardan biri ilə qarşılaşacaq.

I Qrup

Səpələnmişlər

1: "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn)

2: "Anderlext" (Belçika) - "Şeriff" (Moldova)

3: "Luqano" (İsveçrə) - "Selye" (Sloveniya)

4: "Rayo Valyekano" (İspaniya)

5: "Rasinq Strasburq" (Fransa)

Səpələnməmişlər

6: "Klaksvik" (Farer Adaları) - "Neman" (Belarus)

7: "Vikinqur" (İslandiya) - "Bröndbü" (Danimarka)

8: "Aris" (Limassol, Cənubi Kipr) - AEK (Yunanıstan)

9: "Baník" (Çexiya) - "Avstriya" (Vyana, Avstriya)

10: "Levski" (Bolqarıstan) - "Sabah" (AZƏRBAYCAN)

"Araz-Naxçıvan" isə IV qrupun səpələnmişləri arasında yer alacaq. Təmsilçimiz “Riqa” (Latviya) – “Beytar Yerusalem” (İsrail), PAOK (Yunanıstan) – “Volfsberqer” (Avstriya), “Rusenborq” (Norveç) – “Hammarbi” (İsveç) və “Hakken” (İsveç) – “Brann” (Norveç) cütlərindən birinə rəqib olacaq.

IV Qrup

Səpələnmişlər

1: "Sparta" (Praqa, Çexiya) - "Ararat-Armenia" (Ermənistan)

2: "ÇFR Kluj" (Rumıniya) - "Braqa" (Portuqaliya)

3: "Araz-Naxçıvan" (AZƏRBAYCAN) - "Omoniya" (Cənubi Kipr)

4: "Maynts-05" (Almaniya)

Səpələnməmişlər

5: "Riqa" (Latviya) - "Beytar Yerusalem" (İsrail)

6: PAOK (Yunanıstan) - "Volfsberqer" (Avstriya)

7: "Rusenborq" (Norveç) - "Hammarbi" (İsveç)

8: "Hakken" (İsveç) - "Brann" (Norveç)

Elçin Məsiyev ÇFR - "Braqa" matçında

"Araz-Naxçıvan" üçün Çexiya və Danimarkadan hakimlər

"Sabah"ın matçına hakim təyinatları bəlli oldu

"Levski" - "Sabah" matçının biletləri satışa çıxarıldı

Patrik Andrade: "Lazım olan nəticəni təmin etdik"

Seçilən
17
1
apasport.az

4Mənbələr