AZ

Bəqayi: Bakı və İrəvan sülh sazişini tezliklə imzalaya bilər

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi yaxın gələcəkdə imzalana bilər”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Ermənistan KİV-ə müsahibəsində deyib.

“Sülh sazişinin yaxın gələcəkdə imzalanması mümkündür. İradə varsa, həmişə bir yol var. Ermənistan və Azərbaycan arasındakı münaqişənin fonunu, həmçinin danışıqlara mane ola biləcək və sülh prosesini uzada biləcək fəsadları başa düşürük. Amma düşünürəm ki, müsbət tərəfi görüb optimist olmalıyıq. Müsbət hal odur ki, tərəflər sülh müqaviləsi layihəsini hazırlamağa nail olublar. Bunu yekunlaşdırmaq üçün müəyyən vaxt lazım olacaq, amma sənədin böyük hissəsinin artıq razılaşdırılması və hər iki dövlətin, fikrimizcə, bu istiqamətdə irəliləməyə hazır olması özlüyündə müsbət siqnaldır”, - diplomat qeyd edib.

Bəqayi qeyd edib ki, İran həm Ermənistanı, həm də Azərbaycanı sülh sazişini yekunlaşdırmağa və imzalamağa çağırır:

“Xarici işlər naziri Abbas Əraqçi İrəvana səfər edərkən onun yanında idim, onun azərbaycanlı həmkarı (Ceyhun Bayramov) ilə görüşündə də iştirak etmişəm. Hər iki görüş zamanı o, tərəfləri prosesi sürətləndirməyə və razılaşmanı yekunlaşdırmağa çağırıb, çünki bu, Cənubi Qafqazda davamlı sülhün əsas təminatı olacaq”.
Seçilən
24
2
sherg.az

3Mənbələr