AZ

Görüşün pərdəarxası: Putin Lukaşenkonun istədiyini vermədi

Belarus Prezidenti Aleksandr Lukaşenko Valaamdakı görüşdə Rusiya Prezidenti Vladimir Putindən milyard dollarlıq kredit istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə “İnsayder” nəşri mənbələrə istinadla məlumat yayıb.

“Putin Lukaşenkonun qarşısında Belarusun İttifaq Dövləti daxilində, ilk növbədə, hərbi və iqtisadi sahədə daha dərin inteqrasiyası məsələsini qaldırmağa çalışıb. Lukaşenko da Putinə bununla razılaşdığını deyib və bildirib ki, amma bundan öncə Belarusda həyat səviyyəsi yüksəldilməli, sonra isə daha geniş inteqrasiya proseslərinə keçilməlidir”, – mənbə bildirib.

Məlumata görə, danışıqlar zamanı Lukaşenko həmişəki kimi Putindən Belarus dövlət büdcəsi üçün yeni kreditlər istəyib:

“Çox güman ki, Lukaşenko Putinin uzun müzakirələr əhval-ruhiyyəsində olmadığını anlayıb və ümid edib ki, Rusiya lideri uzun müzakirələr aparmadan ona əlavə maliyyə ayırmağa razı olacaq. Lakin Vladimir Vladimiroviç açıq şəkildə bildirdi ki, hər hansı pul ayırmazdan əvvəl Baş nazir Mixail Mişustinlə məsləhətləşmək lazımdır. Söhbət bununla da bitdi”.

Seçilən
15
2
konkret.az

3Mənbələr