AZ

“Patriot” tədarükündə gecikmə Aİ-nin müdafiəsini zəiflədir – ÖZƏL

Olaylar.az xəbər verir ki,  Euractiv portalının məlumatına görə, ABŞ-dən "Patriot" zenit-raket komplekslərinin (ZRK) təchizatında mümkün gecikmələr, bu sistemlərin bir qismini Ukraynaya göndərən bir sıra Avropa İttifaqı ölkələrinin hava hücumundan müdafiə qabiliyyətini zəiflədə bilər.
Nəşrdə qeyd olunur ki, Ukraynaya əvvəlki silah tədarükü Avropa ölkələrinin silah ehtiyatlarını əhəmiyyətli dərəcədə azaldıb. Bu səbəbdən də bir sıra ölkələr ABŞ-dən yeni "Patriot" sistemlərinin və raketlərinin vaxtında çatdırılmayacağı təqdirdə öz hava hücumundan müdafiə sistemlərində boşluqların yarana biləcəyindən narahatdırlar.
"Raytheon" şirkətinin nümayəndəsi Euractiv-ə bildirib ki, artan tələbat səbəbindən GEM-T tipli yeni raketlərin istehsalı 2028-ci ilə qədər 150% artırılacaq. Şirkət eyni zamanda kritik komponentlərin alınması və radarların hazırlanması üçün 1 milyard dollara yaxın vəsait ayırıb.
ABŞ Prezidenti Donald Tramp iyulun 14-də bəyan edib ki, əgər Avropa bu silah tədarüklərinin maliyyələşməsini öz üzərinə götürsə, Vaşinqton Ukraynaya silah və hərbi texnika göndərməyə davam edəcək. Bu prosesin koordinasiyası NATO tərəfindən həyata keçiriləcək. Prezidentin sözlərinə görə, göndəriləcək texnika arasında 17 "Patriot" sistemi də yer alacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr