AZ

Tramp Əliyev və Paşinyanı Ağ Evdə qəbul edəcək – Vaşinqtonda sülh mesajı

  ABŞ prezidenti Donald Tramp bu həftənin sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol

Paşinyanı Ağ Evdə qəbul etməyə hazırlaşır.

Referans xəbər verir ki, bu barədə məlumatı jurnalist Aleks Raufoglu yayıb. Onun sözlərinə görə, Vaşinqtonda keçiriləcək

görüşdə tərəflər sülhə nail olmaq niyyətlərini rəsmi şəkildə bəyan edə bilər.

“Mənbələrin bildirdiyinə görə, Tramp cümə günü Ağ Evdə Əliyev və Paşinyanı qəbul etməyə hazırlaşır”, – deyə jurnalist “X” sosial

şəbəkəsində yazıb.

Qeyd edək ki, bu, İrəvan və Bakı arasında müharibədən sonrakı ən mühüm diplomatik addım ola bilər./Musavat.com

Seçilən
2
referans.az

1Mənbələr