Azərbaycanın məşhur atleti, dördqat Olimpiada iştirakçısı Anna Skidan ana olub.
Bizim.Media xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Anna Skidan çəkicatma üzrə 2015-ci il Universiadasının, 2017 və 2021-ci il İslam Həmrəyliyi Oyunlarının qalibi, 2016-cı il Avropa çempionatının bürünc mükafatçısıdır.
Skidan 2023-cü ilin dekabrında Azərbaycan idmanına xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Bizim.Media