ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr, prezident Donald Trampın olduğu Nyu-Cersi ştatının Bedminster qəsəbəsindəki qolf-klubun
üzərində uçan mülki təyyarə səbəbilə təcili havaya qalxıb.
Referans xəbər verir ki, təyyarə uçuşların qadağan olunduğu hava məkanına daxil olub. Hadisə zamanı Tramp həmin məkanda olub.
Şimali Amerikanın Aerokosmik Müdafiə Komandanlığı (NORAD) bildirib ki, bu ərazidə oxşar qayda pozuntuları daha əvvəl də qeydə alınıb.
Hadisənin detalları və təyyarənin kimə məxsus olduğu hələ açıqlanmayıb./ Musavat.com