AZ

İran XİN: AEBA-nın heç bir nümayəndəsi hazırda ölkədə deyil

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) heç bir nümayəndəsi hal-hazırda İranda deyil.
Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Bəqayi bildirib.
O qeyd edib ki, İranın AEBA ilə əməkdaşlığı ölkə parlamentinin son qərarına əsasən tənzimlənir.
"Hökumət və Xarici İşlər Nazirliyi bu qərara əməl etməyə borcludur".
XİN rəsmisi bildirib ki, İran dəfələrlə AEBA-nın fəaliyyətində siyasi yanaşmaların olmasına etiraz etdiyini açıq şəkildə ifadə edib.
Seçilən
11
2
sherg.az

3Mənbələr