AZ

NİYƏ MƏHZ AYVAZOVSKİ? Nədən “sülhməramlılar” digər büstləri aparıb, tək onu saxlayıblar?

Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün Qarabağda rəssam Ayvazovskinin qanunsuz quraşdırılmış büstünün götürülməsinə görə yaxasını cıran Rusiya təbliğatı bu büstün tarixçəsini görməzlikdən gəlməyə çalışır. Onların heç biri bu büstün məhz rusların 2021-ci il noyabrın 10-da - Azərbaycanın bu bölgəsinə daxil olmasının birinci ildönümünə həsr olunan qondarma “Rus şöhrət xiyabanı”nda quraşdırıldığını qabartmır.

Yeri gəlmişkən, bu büst onların yazdığı kimi, Xankəndində deyil, Xocalıda quraşdırılmışdı. Rusiyanın 366-cı alayının erməni terrorçuları ilə birgə törətdiyi qətliamın ünvanında – Xocalıda...

Həmin “Rus şöhrət xiyabanı”nın açılış mərasimində vaxtilə Rusiya Cənub Hərbi Dairəsi komandanının müavini, general-leytenant Rüstəm Muradov və RMK komandiri Gennadi Anaşkin iştirak etmişdi. Burada Rusiya tarixinin və mədəniyyətinin 10 görkəmli nümayəndəsinin büstü qoyulub: Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun. Bu şəxslərin heç birinin nə Qarabağa, nə də Xocalıya aidiyyatı olmayıb. Başqa bir vaxtda görkəmli insanların büstlərinin qoyulmasında qeyri-adi heç nə olmasa da, bu büstlərin məhz işğalçılıq və ermənipərəstlik missiyası ilə Qarabağa gələn kontingent tərəfdən qoyulması onun mahiyyətini dəyişir. Ona görə də bu büstlərin sökülməsi zəruri idi. Lakin maraqlıdır ki, ruslar Qarabağdan çıxarkən bütün digər büstləri, hətta quraşdırdıqları kilsəni də söküb apararkən, məhz Ayvazovskinin büstünü saxlamışdılar. Niyə? Ona görə ki, Ayvazovski erməni olub və rusların aləmində Qarabağda mütləq hansısa erməni izi qalmalı idi. Qarabağa heç bir aidiyyatı olmayan bu erməni rəssamın büstünün saxlanması da əlbəttə ki, bunun - Rusiyanın həmişəki çirkin ara qızışdırılması s, təhrik etmə iyasətinin tərkib hissəsi olub. Bu, sadəcə Azərbaycanın həmin qanunsuz qoyulmuş büstün sökülməsinə təhrik edilməsi və sonradan bunun guya Bakının Qarabağda “erməni irsini dağıtmasının növbəti sübutu” kimi təqdim edilməsi niyyətinə xidmət edib. Bu çirkin niyyəti də hazırda reallaşdırmaqdadırlar…

İndi Keml təbliğatçılarından soruşan lazımdır ki, Ermənistandakı hazırkı Rusiya hərbi kontingenti niyə indiyə kimi Ermənistan ərazisində hansısa Azərbaycan kökənli dahi şəxsiyyətin büstünü quraşdırmayıb? Amma bizim torpağa ayaq basan kimi, erməni rəssamın büstünü qoyub. Niyə? Bu, Rusiyanın çirkin imperiyaçılıq - ayrıseçkilik, nifaq salmaq siyasətinin daha bir sübutu deyilmi?

C.Məmmədli

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
azpolitika.info

2Mənbələr