AZ

Qobustanda yol nişanlanma işləri aparılıb

Qobustan rayonunda yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparır.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, işlər şəhərdaxili və kəndlərarası yolları əhatə edir: “Rayonun Heydər Əliyev və Zərifə Əliyeva prospektləri, E.Vəliyev, B.Qəribov, N.Şakirov, Ş.Şikarov, E.Hüseynov, M.Ə.Sabir, T.İsmayılov, M.Balakişiyev, A.Məmmədağa, O.Müstəcəbov, Z.Cavadov və Koroğlu küçələri, eləcə də Diri Baba, Cəmcəmili və Xılmilli yollarında nişanlanma xətlərinin yenilənməsi həyata keçirilib. Ümumilikdə 120 kilometrə yaxın ərazidə xətləmə işləri aparılıb”.

Qeyd edilib ki, yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.

Seçilən
5
7
operativmm.az

8Mənbələr