AZ

Avstraliya Qəzza üçün əlavə 20 milyon dollar ayırıb | VİDEO

Bu barədə Avstraliyanın Xarici İşlər Nazirliyibəyanatyayıb. Bildirilib ki, yeni humanitar yardım paketi qida ehtiyatından, sahə xəstəxanaları üçün tibbi ləvazimatdan və digər zəruri dəstəkdən ibarətdir. Yardım çərçivəsində xüsusilə qadınların və uşaqların nəzərə alınacağı diqqətə çatdırılıb.

Rəsmi Kanberranın öz hesabatına əsasən, Qəzza zolağında 7 oktyabr 2023-cü ildə müharibə başlayandan bəri bu ərazidəki, habelə Livandakı mülki şəxslər üçün Avstraliyanın göndərdiyi yardımın həcmi, beləliklə,130 milyon dollara çatıb.

"Mülki əhalinin iztirabı və aclığı qurtarmalıdır. Avstraliya Qəzzada dərhal və daimi atəşkəs sazişi bağlanması, əsirlərin azadlığa buraxılmaları və iki dövlətli həll yolunun həyata keçirilməsi üzrə beynəlxalq ictimaiyyətləbirgə səy göstərir",– xarici işlər naziri Penni Vonq bildirib.

Hökumətin əlavə yardım qərarı dünən on minlərlə insanın Qəzzada atəşkəs və məhdudiyyətsiz yardım axını tələbi ilə Sidneyin Liman körpüsündə yürüş həyata keçirməsi nəticəsində verilib.

Firudin Həmidli
AzVision.az
Seçilən
47
1
azvision.az

2Mənbələr