Azərbaycanda avtomagistraldan ödənişli yol kimi istifadə Qaydasında dəyişiklik edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərara əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmaq və ya oradan çıxmaq məsuliyyətə səbəb olacaq.