AZ

Borrell: ABŞ ilə ticarət sazişi Avropanın “kapitulyasiyası”dır

Operativ MM portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə keçmiş ali nümayəndəsi Josep Borrell ABŞ və Aİ arasında imzalanmış son ticarət razılaşmasını kəskin tənqid edib. O, Brüssel və Vaşinqton arasında əldə olunmuş razılaşmanı Avropanın “kapitulyasiyası” adlandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Borrell "EUObserver" portalına verdiyi müsahibəsində danışıb.

“Avropa Komissiyası bu sazişi ən az pis variant kimi təqdim edir. Amma düşünürəm ki, bu, pis strategiyanın nəticəsidir – sövdələşmədən daha çox təslim olmaq. ABŞ əvvəlcə bizi 30%-lik idxal rüsumları ilə hədələdi, sonra 15% təklif etdi və bunun müqabilində minnətdarlıq gözləyir”, – deyə Borrell bildirib.

Diplomatın fikrincə, bu saziş Avropa İttifaqının strateji muxtariyyət iddialarını ciddi şəkildə zəiflədir.

\“Siyasi nəticə çox pisdir. Bu, Aİ-nin zəifliyini və Trampın tələblərinə boyun əydiyini göstərir. Biz onun ürəyini yumşaltmaq və balanslı razılaşma əldə etmək ümidi ilə təbəssüm və yumşaq davranış yolunu seçdik, amma bu strategiya uğursuz oldu”, – deyə o əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
operativmm.az

2Mənbələr