AZ

Rusiya donanmasına ağır zərbə “Knyaz Pojariskiy” ifşa oldu

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Ukrayna Müdafiə Kəşfiyyatı Baş İdarəsi Rusiya Hərbi Donanmasının qürur layihələrindən biri sayılan “Knyaz Pojariskiy” adlı ən yeni və ən gizli nüvə sualtı qayığına dair məxfi sənədləri ələ keçirdiyini açıqlayıb.

Məlumata görə, Rusiya Şimal Donanmasına daxil olan və "Borei-A" sinfinə aid bu sualtı qayıqla bağlı əldə edilən sənədlər arasında savaş əmrləri, şəxsi heyətin siyahısı, döyüş planları və texniki məlumatlar yer alır. Rəsmi açıqlamaya görə, sualtı qayıq heyətinin adları, vəzifələri, peşə hazırlığı və fiziki vəziyyəti, döyüş sistemlərinin quruluş sxemləri, gündəlik fəaliyyət cədvəlləri, yaralıların təxliyə planları və yüklərin daşınması protokolları sənədlərdə öz əksini tapıb. 

Qeyd olunur ki, 16 ədəd "R-30" Bulava qitələrarası ballistik raket daşımaq imkanına malik olan bu sinif sualtı qayıqlar, hər biri 10-a qədər müstəqil hədəfə yönələn döyüş başlığı daşıya bilir. Bundan əlavə, gəmi 533 mm-lik torpedo boruları ilə də təchiz olunub.

Rus donanma mənbələrinə görə, "Borei-A" sinfində gövdə forması, burun hissəsi və idarəetmə qülləsi üzərində mühüm dəyişikliklər edilib. Bu da akustik izlərin azaldılmasına və gizlilik imkanlarının artırılmasına səbəb olub. Eyni zamanda raket buraxılış sistemləri də təkmilləşdirilib.

Əldə olunan sənədlərdə mühəndislər və dəniz zabitləri tərəfindən imzalanmış rəsmi texniki yoxlama sənədləri, eləcə də su keçirməyən qapılar və möhürlü bölmələrin inventarı da yer alır. Ukrayna kəşfiyyatının bildirdiyinə görə, ələ keçirilmiş sənədlər yalnız Knyaz Pojariskiy deyil, ümumilikdə Borei-A sinifinə aid texniki xüsusiyyətləri və məhdudiyyətləri də əhatə edir. Bu sızma, Rusiyanın strateji nüvə imkanları ilə bağlı kritik sirlərin açılması baxımından ciddi hadisə hesab olunur.

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
azpolitika.info

1Mənbələr