AZ

“İndi bilmirəm kimə zəng edəcəyəm...” - ANAR

Azərbaycan ədəbiyyatı böyük yazıçısını, xalqı isə böyük bir xadimini itirdi.

News24.az  xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində deyib.

O, ən yaxın dostunun vəfatından dərin sarsıntı hissi keçirdiyini bildirib:

“Mən ən yaxın dostumu itirdim. Bu taleyin cəzasıdır, bəlkə də. Mən dostlarımın dəfn mərasimində çıxış edirəm. Elçin mənim üçün çox vəfalı və etibarlı dost idi. Mən indi bilmirəm kimə zəng edəcəyəm. Yenə də deyirəm, bu mənim üçün taleyin cəzasıdır”.


Seçilən
17
6
news24.az

8Mənbələr