AZ

Diaspor Gənclərinin VI Yay Düşərgəsindən GÖRÜNTÜLƏR

Xankəndidə Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimi keçirilib.

Modern.az xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, 2023- ci ildə Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatlarından sonra Xankəndi şəhəri və ətraf yaşayış məntəqələri düşmən işğalından azad edildi. İşğaldan sonra Azərbaycan dövləti tərəfindən işğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı tikinti bərpa işlərinə başlandı. Həyata keçirilmiş tikinti və bərpa işləri nəticəsində hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarının ərazisində 15 minə yaxın əhali yaşayır. Bu şəxslər doğma ata-baba torpaqlarına qayıdan keçmiş məcburi köçkünlər həm də bu ərazilərdə fəaliyyət göstərən dövlət və özəl qurumlarda çalışanlar və onların ailə üzvləridir.

Hazırda Ağdərə rayonunun Suqovuşan, Həsənriz və Talış kəndlərinə eləcə də Xocalı şəhəri və rayonun Balllca , Təzəbinə, Xanyurdu kəndlərinə keçmiş məcburi köçkünlərin bir qisminin qayıdışı təmin edilib və  bu kəndlərə həyat yenidən qayıdıb. İşlər  köç planına uyğun olaraq mərhələli şəkildə icra edilməkdədir.

Bundan başqa 2025- ci ilin köç planına əsasən 18 yaşayış məntəqəsinə, o cümlədən Xocalı rayonunun 11 kəndinə,( Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq ,Badara,Seyidbəyli,Xanabad,Şuşakənd, Almalı,Mehdibəyli və Çanaqçı) Ağdərə rayonunun 7 kəndinə (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Çapar və Aşağı Oratağ) əhalinin köçü ilə bağlı təmir-bərpa işləri aparılacaq. Bu kəndlər üzrə əhalinin köçü ilə bağlı müvafiq işlərə artıq başlanıb. Nəticədə qeyd olunan kəndlər üzrə 6 min 400-ə yaxın keçmiş məcburi köçkünün məskunlaşması təmin edilib. Hazırda növbəti illər üçün bu və digər yaşayış məntəqələri üzrə köç planın tərtib olunması və bunla bağlı aidiyyətı istiqamətlərdə müvafiq işlər aparılır.

Tədbirdə çıxış edən digər natiqlər bildirib ki,, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş Diaspor Gənclərinin VI Yay Düşərgəsi avqustun 9-dək davam edəcək. Tədbirə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gəncləri qatılıblar.

Düşərgənin proqramı olduqca zəngindir. İştirakçılar dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən diaspor siyasəti barədə müfəssəl məlumat alacaq, rəsmi şəxslər və diplomatlarla, müxtəlif sahələr üzrə ekspertlərlə, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə görüşəcək, Qarabağla daha yaxından tanış olacaq, Ana dili dərslərində, əyləncəli proqramlarda və intellektual oyunlarda iştirak edəcəklər.

Qeyd edək ki, Diaspor Gənclərinin Yay Düşərgəsi layihəsi həm ölkə daxilində, həm də diaspor arasında böyük marağa səbəb olub və nüfuz qazanıb. Yay düşərgələrinə ildən-ilə daha böyük maraq göstərilməsi bunun bariz nümunəsidir.

Bu günə kimi düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub. Düşərgələrin təşkilat komitəsinə hər il 60-dan çox ölkədən ümumilikdə 3 mindən artıq müraciət edilib və müraciətçilərin 700-dən çoxu yay düşərgələrinin iştirakçısı olub.

Seçilən
27
10
modern.az

10Mənbələr