AZ

Politoloq: Rusiya yaxın qonşularına təhlükə mənbəyidir...

İranın“Mehr” xəbər agentliyi Rusiyanın Azərbaycana qarşı atdığı addımlar və bunun nəticələri ilə bağlı təhlil materialı dərc edib...

Oktay Qasımov: “Rusiya hal-hazırkı halı ilə bütün dünyaya, xüsusi ilə də yaxın qonşularına təhlükə mənbəyidir”.

“Hesab edirəm ki, Azərbaycanla Rusiya arasında gərginlik hələ bir müddət davam edəcək”.

Bu sözləri politoloq Oktay Qasımov İranın“Mehr” xəbər agentliyinin Rusiya-Azərbaycana münasibətinə nəzər salmasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi, İranın“Mehr” xəbər agentliyi Rusiyanın Azərbaycana qarşı atdığı addımlar və bunun nəticələri ilə bağlı təhlil materialı dərc edib. “Qafqaz böhran astanasındadır; Moskva ilə Bakı arasındakı gərginlik nə qədər davam edəcək?” başlıqlı yazıda bir sıra detallara toxunulub.Agentlik dərc etdiyi məqaləsində qeyd edir ki, mövcud vəziyyət ikitərəfli münasibətlərin və Qafqaz regionunun gələcəyini qeyri-müəyyənliyə sürükləyib. “Diplomatik mübahisələrdən tutmuş media toqquşmalarına, hərbi insidentlərdən tutmuş təhlükəsizlik toqquşmalarına qədər bütün bunlar iki ölkə arasında münasibətlərdə dərin və genişlənən çatlardan xəbər verir”. Agentlik yekunda əlavə edib ki, iki ölkə arasında münasibətlər “idarə olunan rəqabət” dövrünə qədəm qoyacaq.

Mövzunu və Rusiya-Azərbaycan gərginliyini Poliqon-nun əməkdaşı politoloq Oktay Qasımov ilə müzakirə edib.

Oktay Qasımov: “Rusiya Azərbaycana qarşı müxtəlif təzyiq vasitələrindən istifadə edir”.

Rusiyanın Azərbaycanı özünün keçmiş müstəmləkəçisi kimi baxmağa və onun maraqlarını nəzərə almamağı əsas özünün siyasi xətti hesab etdiyini vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, AzərbaycanRusiyadan bərabər hüquqlu tərəfdaşlıq münasibətlərini istəyir:

“Hesab edirəm ki, Azərbaycanla Rusiya arasında gərginlik hələ bir müddət davam edəcək. Bunun əsas səbəbi ondan ibarətdir ki, Rusiyanın Azərbaycana münasibəti ciddi şəkildə indiyə qədər mövcud olmuş münasibətlərə ziddir. Bəlkə ki, ən azı 2022-ci ilin 22 fevralında imzalanmış Müttəfiqlik fəaliyyətinə dair memorandumun ruhi ilə tamamilə ziddiyət təşkil edir. Bunun da əsas səbəbi Rusiyanın imperiya təfəkkürlü və təkəbbürlü davranışlarıdır.

Əsas kritik məqam kimi münasibətlərə baxışda AzərbaycanRusiya arasında ciddi diametrial fərqlərin olması əsas götürülür. Yəni, Rusiya Azərbaycanı özünün keçmiş müstəmləkəçisi kimi baxmağa və onun maraqlarını nəzərə almamağı əsas özünün siyasi xətti hesab edir. AzərbaycanRusiyadan bərabər hüquqlu tərəfdaşlıq münasibətlərini istəyir. Məhz bu səbəbdən də, tərəflər arasında münasibətlərdə biz bu gərginliyi görürük.

Oktay Qasımov: “Əslində Rusiya dünyada gedən geopolitik dəyişiklikləri, özünün dünyada izolizə olumuş durumunu və Güney Qafqazda mövqelərini itirilməsini nəhayət qəbul etməlidir”.

Bu səbəbdən Rusiya Azərbaycana qarşı müxtəlif təzyiq vasitələrindən istifadə edir. Bunun biri də son olaraq Rusiyada yaşayan azərbaycanlılara qarşı total aqressiyalar və bəzən terror hərəkətlərinin həyata keçirilməsidir. Bütün bunlar hesab etmirəm ki, münasibətlərin normallaşmasına yardım edir. Azərbaycan Rusiyanın bu təzyiqlərinə müqavimət göstərməklə bərabər, eyni zamanda özünün milli maraqlarını müdafiə edərək cavablarını verir.

Əslində Rusiya dünyada gedən geopolitik dəyişiklikləri, özünün dünyada izolizə olumuş durumunu və Güney Qafqazda mövqelərini itirilməsini nəhayət qəbul etməlidir. Buna uyğun da addımlar atmalıdır.

Bu baxımdan götürdükdə, Moskva cəmiyyətinin və hakimiyyətə bürünmüş şovinist düşüncənin hal-hazırda pik nöqtəsini yaşayır. Rusiya hal-hazırkı halı ilə bütün dünyaya, xüsusi ilə də yaxın qonşularına təhlükə mənbəyidir. Məhz bu səbəbdən də yaxın dövlər üçün münasiblərin normallaşacağını gözləmək olmaz”.

Nərminə Umudlu
Poliqon.info

Seçilən
42
37
poliqon.info

10Mənbələr