ain.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.
İran Xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqayi Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün ABŞ ilə birbaşa danışıqlar aparmayacağını açıqlayıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, nazirlik rəsmisi həftəlik mətbuat konfransı zamanı jurnalistin sualına cavab olaraq, “Xeyr, bundan söhbət gedə bilməz” ifadəsini işlədib.
Qeyd edək ki, bu il Omanın vasitəçiliyi ilə İran və ABŞ arasında nüvə məsələsinə dair 5 raund dolayı danışıqlar keçirilib. Lakin İsrailin İrana qarşı hərbi əməliyyata başlaması və ABŞ-nin İranın nüvə obyektlərinə zərbələr endirməsi səbəbindən bu proses nəticəsiz qalıb.
Bununla yanaşı, Avropa üçlüyünün- Böyük Britaniya, Almaniya və Fransa nümayəndələrinin də Tehranla apardıqları danışıqlar yeni razılaşma ilə nəticələnməyib.
Fidan Hacızadə
Sfera.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.