
Amerikanın yeni “Patriot” hava hücumundan müdafiə raket sistemlərinin istehsalı və Avropaya göndərilməsi təxminən yeddi il çəkəcək.
Reyting.az xəbər verir ki, bunu NATO-nun Müttəfiq Transformasiya üzrə Ali Baş Komandanı Pyer Vande “Euractiv”ə deyib.
Admiral bildirib ki, tədarüklərin vaxtı Avropa ölkələrinin mövcud raket sistemlərini (ABŞ-dan əvəzedicilər aldıqda) Ukraynaya nə qədər tez və hansı miqdarda ötürə biləcəklərini müəyyən edəcək.
“Euractiv” yazır ki, Avropa ölkələri “Patriot”-un Ukrayna tərəfinə keçməsi ilə əlaqədar öz hava hücumundan müdafiə sistemində uzunmüddətli boşluqların yaranmasından narahatdırlar.
Qeyd olunur ki, Avropa arsenalları Kiyevə əvvəlki silah tədarükləri səbəbindən artıq tükənib.
ELÇİN