AZ

Elçin Yusubov: Xankəndi, Xocalı və Ağdərəyə 56 milyon manatdan çox investisiya qoyulub

Xankəndi, Xocalı və Ağdərəyə 56 milyon manatdan çox investisiya qoyulub. İşğaldan azad olunmuş ərazilərdə iqtisadiyyatın bərpası, iqtisadi fəaliyyət və məşğulluğun təmin edilməsi istiqamətində mühüm nəticələr əldə edilib.

News24.az xəbər verir ki, bu fikirləri Xankəndi şəhərində keçirilən Diaspor Gənclərinin 6-cı Yay düşərgəsində çıxış edən, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.

Onun sözlərinə görə, ərazi üzrə ümumilikdə 506 obyektin icarəyə verilməsi təmin olunub: "Xankəndi şəhərində 374, Ağdərə rayonunda 35, Xocalı rayonunda 97 obyekt sahibkarın istifadəsinə verilib. Obyektlərin əksəriyyəti fəaliyyətə başlayıb. Hazırkı dövrədək ərazidə investorlar tərəfindən 56 milyon manatdan çox investisiyanın reallaşması baş tutub. Fəaliyyətə başlamış obyektlər üzrə 2 mindən çox şəxs işlə təmin edilib. Mövcud müqavilələr üzrə digər obyektlər də fəaliyyətə başladığı zaman iş yerlərinin sayı 5 mindən yuxarı olacaq".





Seçilən
23
12
news24.az

10Mənbələr