AZ

“Repetitorluq korrupsiyanı artırır, müəllimləri sistemdən uzaqlaşdırır” İLHAM ƏHMƏDOV

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Repetitorluq sistemi ləğv olunmalıdır. Bu, rəsmi təhsil sisteminə ziddir və ölkədə təhsil mühitini pozur, xaos yaradır.”

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında dosent İlham Əhmədov bildirib.

Onun fikrincə, repetitorluq yalnız təhsilin keyfiyyətinə zərbə vurmur, həm də məktəbdaxili korrupsiyanı stimullaşdırır:

“Əslində, bu problemi aradan qaldırmaq Təhsil Nazirliyinin imkanları daxilindədir. Sadəcə olaraq, iradə çatışmır. Bəs niyə bu mövzuda təşəbbüs göstərilmir?.

Təhsil gündəminə baxın: direktorla, sertifikasiya imtahanları, müəllimlərin işə qəbulu… Təhsil sistemində saysız-hesabsız ciddi problemlər olduğu halda, məsul şəxslər yalnız bu məhdud mövzular ətrafında danışır, əsas məsələləri kölgədə saxlayırlar.

Bu cür yanaşma da müəllimlərin iş mühitini gərginləşdirir, onları yorur və nəticədə erkən işdən ayrılmağa sövq edir. Beləliklə, məktəblərdə süni şəkildə əlavə vakansiyalar yaradılır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
icma.az

1Mənbələr