AZ

“Portu” De Yonqla gücləndi

“Portu” 34 yaşlı niderlandlı mərkəz hücumçusu Lyuk de Yonqu PSV-dən azad agent qismində “əjdahalar”ın düşərgəsinə qatıb.

Arena.az bu barədə “Portu”nun rəsmi saytına istinadən məlumat verir.

Tərəflər müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Lyuk de Yonq futbola “DZC ‘68” klubunda qədəm qoyub, buradan “De Qrafsxap”ın (Dutinxem) futbol akademiyasına yol tapıb. De Yonq karyerası ərzində “Tvente”, “Borussiya” (Mönhenqladbax), “Nyukasl” (icarə), PSV, “Sevilya” və “Barselona”da (icarə) oynayıb.

Geridə qalmış mövsümdə De Yonq PSV-nin heyətində 47 oyuna çıxıb, 18 qol vurub, 13 məhsuldar ötürmə verib.

Lyuk de Yonq 2011-ci ilin fevral ayında debüt etdiyi Niderland yığmasının heyətində 39 oyun keçirib, 8 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet portalı 34 yaşlı hücumçunun transfer dəyərini 2,50 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
21
arena.az

1Mənbələr