AZ

Badamdarda vətəndaş öz evinə köçə bilmir – ŞİKAYƏT

Badamdar qəsəbəsi, 3-cü yaşayış massivinin 52-ci küçəsində yaşayan vətəndaş uzun müddətdir öz evinə köçə bilmir. Buna səbəb su təchizatının hələ də təmin olunmamasıdır.

NOCOMMENT.az bildirir ki, bununla bağlı Metbuat.az-ın qaynar xəttinə şikayət daxil olub.

Belə ki, vətəndaşın tikdirdiyi evin qarşısından həm kanalizasiya, həm də su xətləri keçir. O, bu xətlərin evə birləşdirilməsi üçün ASAN Kommunal vasitəsilə müvafiq sənədləri əldə edib, ödənişini də edib.

Şikayətçi Telman Abdullayev bildirir ki, evlə bağlı bütün sənədlər qaydasındadır. Buna baxmayaraq, texniki məsələlərin başa çatmaması səbəbindən o, hələ də evinə köçə bilmir.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu bildirdi ki, bu kimi məsələlərdə problem olmur:

“Texniki şərt alan şəxs artıq bizim abonentimizdir. Onun su təchizatına qoşulmaması mümkünsüzdür. Sadəcə elə ərazilər olur ki, orada qoşulma işləri aparmaq üçün digər təbii amilləri nəzərə almaq vacibdir. Vətəndaşla əlaqə saxlanılıb, vəziyyət barədə məlumat verilib. İşlər qoyulan müddət ərzində yekunlaşacaq”.

Şikayətçi Telman Abdullayev isə deyilən müddətdən xeyli vaxt keçsə də, hələ də su xəttinin evinə birləşdirilmədiyini bir daha qeyd edib.

Seçilən
1
1
nocomment.az

6Mənbələr