ABŞ Prezidenti Donald Trampın bu cümə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcəyi gözlənilir.
News365.az xəbər verir ki, bu barədə ABŞ-da yaşayan jurnalist Alex (Ələkbər) Raufoğlu öz X hesabında məlumat verib.
O bildirib ki, Bakı və İrəvan Vaşinqtonda sülh sazişi imzalama niyyətini bu həftə elan edə bilər.
Qeyd edək ki, bu barədə rəsmi təsdiq hələlik yoxdur.