AZ

“Tottenhem” Sonun transferindən nə qədər qazandı?

“Tottenhem”dən ayrılacağını açıqlayan kapitan Son Xın Minin London klubuna qazandıracağı məbləğ müəyyənləşib.

Msport.az xəbər verir ki, karyerasını ABŞ-da davam etdirəcək koreyalı futbolçu “Los Anceles”lə müqavilə imzalayacaq.

“Tottenhem” 33 yaşlı forvardın satışından 15 milyon avro qazanacaq.

Son 2015-ci ildən hotspurluların heyətində çıxış edir. O, bu müddətdə 454 matça çıxıb, 173 qol qol vurub və 101 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
10
2
msport.az

3Mənbələr