AZ

Oyunun uşaq inkişafına təsiri nədir?

Erkən yaşlarda oyun oynamaq uşaqların idrak, fiziki, sosial və emosional inkişafına müsbət təsir edir.


Pravda.az bildirir ki, oyunlar uşaqların ətraf mühiti təhlükəsiz şəkildə kəşf etməsinə, yeni davranışları sınaqdan keçirməsinə və uyğunlaşma qabiliyyətini artırmasına imkan verir. Həmçinin, uşaqlar oyunda müxtəlif rolları canlandıraraq həyata hazırlaşırlar.


Tarix boyu oyun mühüm bir ehtiyac kimi qəbul olunub. Hər dövrün oyuncaqları həmin dövrün mədəniyyətini əks etdirir. Məsələn, kənd təsərrüfatı cəmiyyətlərində uşaqlar heyvan fiqurları ilə oynayırdısa, bu gün rəqəmsal mədəniyyətin təsiri ilə oyun sahəsi, növləri və məqsədlərində mühüm dəyişikliklər müşahidə olunur.


Oyun və diqqət əlaqəsi


Oyun diqqəti toplama və uzun müddət fokuslanma bacarıqlarını inkişaf etdirir. Ənənəvi və ya rəqəmsal oyunlardan asılı olmayaraq, oyun prosesində qalib gəlmək üçün diqqəti cəmləmək vacibdir.
 

Video oyunlarının təsirləri


Video oyunlar bu gün geniş yayılmış əyləncə vasitələrindən biridir. Əvvəlki araşdırmalar onların zərərli təsirlərini vurğulasa da, son dövrlərdə faydalı cəhətlərinə də diqqət yetirilir. Video oyunlar uşaqların idrak, emosional və sosial inkişafını dəstəkləyə bilər. Bir araşdırmada, bir saat video oyunu oynayan iştirakçıların həm beyin fəaliyyətində, həm də vizual seçici diqqətində artım qeydə alınıb.


Əminə Bayramova 

Tarix: 4 Avqust 2025, 14:25   
Seçilən
9
pravda.az

1Mənbələr