Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilib.
Finss.az xəbər verir ki, vida mərasimi bu gün Gənc Tamaşaçılar Teatrında baş tutub.
Qeyd edək ki, ictimai xadim, Xalq yazıçısı Elçin İlyas oğlu Əfəndiyev dünən günorta saatlarında 82 yaşında vəfat edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasiminə əklil göndəriblər.
Mərasimdə ədəbi ictimaiyyət nümayəndələri və mədəniyyət xadimləri iştirak edib.
Elçin Əfəndiyev Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında böyük xidmətləri olan görkəmli şəxsiyyət kimi yadda qalacaq.
