AZ

Modernləşdirilən TCG ORUÇREİS freqatının qəbul fəaliyyətləri tamamlanıb

Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının rəhbərliyi altında həyata keçirilən BARBAROS Sinifli Freqatların Döyüş İdarəetmə Sistemi (DİS) Modernizasiya Layihəsi çərçivəsində modernləşdirilən TCG ORUÇREİS (F-245) gəmisinin qəbul fəaliyyətləri uğurla tamamlanıb.

“Poliqon” HAVELSAN şirkətinə istinadən xəbər verir ki, layihəyə əsasən, ADVENT döyüş idarəetmə sistemi (DİS) ilə gəmidə həm mövcud, həm də yeni milli və xarici mənşəli 30-dan çox sistemin inteqrasiyası yerinə yetirilib.

Bu sistemlər arasında ATMACA və “Harpoon” gəmiə leyhinə raketləri, Mk41 VLS vertikal buraxılış sistemi, ESSM hava hücumundan müdafiə raketləri, 127 mm-lik dəniz topu, 25 mm-lik stabilizasiya olunmuş top, “Phalanx CIWS” avtomatik top sistemi, AKREP atəşi idarəetmə radarı və ötürücülər, müşahidə radarları, taktiki məlumat linkləri, gəmi məlumat yayım sistemi, milli dost-düşmən tanıma (IFF) sistemi kimi texnologiyalar yer alıb.

HAVELSAN tərəfindən görülən işlər nəticəsində ADVENT DİS-in təqdim etdiyi şəbəkə dəstəkli imkanlar – birgə nişanalma, əməliyyat və təlim imkanları TCG ORUÇREİS gəmisinə tətbiq olunub. Gəmi indi hava, səth, sualtı, elektron və qeyri-simmetrik müharibəyə qarşı artırılmış situasiya məlumatlılığı və döyüş idarəetmə imkanlarına malikdir.

ADVENT DİS-in gətirdiyi digər imkanlara bunlar daxildir: tam inteqrasiya olunmuş taktik məlumat linkləri, qayda əsaslı qərar dəstək sistemi, əməliyyat və gəmi missiyalarını pozmadan təlim keçə bilmək, naviqasiya və əməliyyat dəstəyi, helikopter və təyyarələrin taktiki idarə edilməsi.

Ən müasir proqram və texnoloji avadanlıqlardan istifadə edilən, paylanmış memarlığa sahib, ehtiyatlı, xətaya davamlı, genişlənə bilən, modular və yüksək çıxış imkanlı ADVENT DİS ilə BARBAROS sinifli freqatların imkanları artırılıb.

HAVELSAN tərəfindən 6 milyondan çox sətr kod yazılan bu layihədə 700-dən çox proqram inteqrasiya olunub.

Tam ehtiyatlı şəbəkə strukturu, 4K görüntü işləmə/qeyd etmə/oynatma və Radar/TV video rəqəmsallaşdırma, Döyüş Əməliyyat Mərkəzi və Taktiki Əməliyyat Mərkəzinin ergonomik dizaynı, BARBAROS döyüş idarəetmə sisteminin enerji infrastrukturu və bu mərkəzin soyutma sisteminin yenilənməsi də HAVELSAN tərəfindən təmin olunub.

2024-cü ildə Gölcük, Yalova, Bandırma və Saros körfəzlərində həyata keçirilən ilkin istismara hazırlıq testləri, sistem inteqrasiya testləri, liman qəbul testləri və səniz qəbul testləri uğurla başa çatdırılıb.

Türkiyə donanmasının əsas zərbə gücünü təşkil edən freqatlarda ilk dəfə ADVENT DİS ilə 30-dan çox alt sistemin inteqrasiyası həyata keçirilib.

Quru, səth və hava hədəflərinə qarşı icra olunan atışlarda tam dəqiqlik əldə edilib.

Türkiyə HDQ-nin TCG ORUÇREİS (F-245) freqatı həmçinin 2025-ci ildə keçirilən “Dənizqurdu-I” (yanvar) və “Dənizqurdu-II” (may) təlimlərində də iştirak edib.

Seçilən
13
poliqon.az

1Mənbələr