Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq “Batumi Open” turnirində Azərbaycan taekvondoçuları ölkəmizə medallar qazandırıblar.
İdman.biz xəbər verir ki, yekun nəticəyə əsasən, idmanşılarımız 3 medal əldə ediblər.
“İrəvan” təmsilçiləri Dərya Hüseyinova (27 kq) və Aydan Hüseyinova (33 kq) kiçik yeniyətmələr arasında qızıl, Xəzər Salahlı (53 kq) isə yeniyetmələr arasında bürünc medala layiq görülüblər.
Qeyd edək ki, qızıl medal qazanan bacılar Dərya və Aydan Hüseyinovalar 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş, Cəbrayıl uğrunda gedən döyüşlərin iştirakçısı Elbrus Hüseyinovun övladlarıdır. Dərya Hüseyinova ötən il Albaniyanın paytaxtı Tiranada keçirilən kiçik yeniyetmələr arasında Avropa birinciliyində 24 kq çəkidə çempion olaraq Azərbaycanın bayrağını ucaldmışdı.
İdman.biz