AZ

Qaxda 55 yaşlı kişi kafedə öldü

Qax rayonunda kafedə ölüm hadisəsi baş verib.

"Cebheinfo.az" xəbər verir ki, hadisə rayonun mərkəzi bazarının ərazisindəki kafelərdən birində baş verib.

Rayon sakini, 1970-ci il təvəllüdlü İbrahim Əşrəf oğlu Əfəndiyev kafedə dünyasını dəyişib.

Araşdırmalarla məlum olub ki, Ə.Əfəndiyev spirtli içki aludəçisi olub. Bu gün yenidən kafeyə gələn Ə.Əfəndiyev yenidən spirtli içki qəbul edib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr