AZ

Azərbaycanın sənaye zonalarında məhsul istehsalı 29%-ə yaxın artıb

Bakı. Trend:

Azərbaycanda 2015-ci ildən 2025-ci ilin I yarısı da daxilolmaqla, sənaye zonalarında 17,2 milyard manatlıq məhsul satışıhəyata keçirilib, bunun da 5,53 milyard manatlıq hissəsi ixracedilib.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında İqtisadiZonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.

Məlumata əsasən, 2025-ci ilin ilin birinci yarısında sənayezonalarında 1,83 milyard manatlıq satış həyata keçirilib ki, bununda 583,5 milyonluq hissəsi ixracın payına düşür.

Qeyd edilib ki, sənaye zonaları üzrə məhsul satışı 2024-cü ilineyni dövrünə nisbətən 28,7%, ixracı 22,4% artıb.

Məlumatda vurğulanıb ki, sənaye zonalarında istehsal edilənpolimerlər, karbamid, polad və polietilen borular, tütünməmulatları, divar kağızları, müxtəlif təyinatlı ayaqqabılar,sürtkü yağları, ferroərintilər, müxtəlif növdə kabellər, şüşəlövhələr, tikinti kimyəviləri, ipliklər, elektrod və s. məhsullarABŞ, Kanada, Çin, Hindistan, İngiltərə, Almaniya, BƏƏ, Yunanıstan,İsrail, Avstriya, Norveç, Çexiya, İspaniya, Belçika və s. ölkələrdaxil olmaqla, ümumilikdə dünyanın 70-dən artıq ölkəsinə “Made InAzerbaijan” brendi adı altında ixrac olunub.

"Eyni zamanda, sənaye zonalarına sahibkarların cəlb edilməsi,investisiyaların yatırılması və yeni iş yerlərinin yaradılmasıistiqamətlərində müsbət addımlar atılır. 2013-cü ildən indiyədəksənaye zonaları üzrə ümumi investisiya həcmi 8,03 milyard manatolan 160 sahibkarlıq subyektinə rezidentlik, 12 sahibkara isəqeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənayezonalarına 6,88 milyard manatdan çox investisiya yatırılıb və 10900 daimi iş yeri yaradılıb", - deyə məlumatda qeyd edilib.

Seçilən
6
10
az.trend.az

10Mənbələr