AZ

​"Fənərbaxça" ulduz futbolçunu gətirmək üçün özəl təyyarə göndərdi

"Fənərbaxça" "Benfika"nın futbolçusu Kerem Aktürkoğlu ilə razılığa gəlib. Metbuat.az xəbər verir ki, "Fənərbaxça"nın futbolçu ilə 3 illik razılıq əldə etdiyi irəli sürülüb. "Fotomaç"da dərc edilən xəbərə görə, futbolçu Türkiyə nəhəngindən illik 4,5 milyon avro məvacib alacaq. İddialara görə, “Fənərbaxça" futbolçunu Türkiyəyə gətirmək üçün Portuqaliyaya təyyarə göndərib.

Qeyd edək ki, "Fənərbaxça" indiyədək qapıçı Tarık Çətin, Con Duran, Milan Şkriynar, Nelson Semedo və Arçi Braunla müqavilə imzalayıb. Məlumata görə, "Fənərbaxça"nın prezidenti Ali Koç bu mövsüm transfer işlərini şəxsən idarə edir.

Seçilən
2
metbuat.az

1Mənbələr