AZ

Qəzzada ölənlərin sayı 180-ə çatdı

Qəzza zolağında aclıq və qidalanma çatışmazlığı səbəbilə həyatını itirənlərin sayı 180-ə yüksəlib...

Musavat.com xəbər verir ki, Fələstin anklavının Səhiyyə Nazirliyinin Telegram kanalında verdiyi məlumata görə, bu şəxslərdən 93-ü uşaqlardır.
Son 24 saat ərzində Qəzza xəstəxanalarında aclıqdan daha 5 ölüm halı qeydə alınıb.

Nazirliyin açıqlamasına əsasən, 2023-cü ilin oktyabrından bu yana davam edən münaqişə nəticəsində ölənlərin sayı 60 430 nəfərə çatıb, 148 mindən çox insan isə yaralanıb.

2025-ci il martın 2-dən etibarən İsrail hakimiyyətinin qərarı ilə bütün keçid məntəqələri bağlı qalır və anklava beynəlxalq humanitar yardım daxil olmur. Ərzaq yalnız İsrail və ABŞ tərəfindən idarə olunan Qəzza Humanitar Yardım Fondu vasitəsilə paylanır.
Xatırladaq ki, yanvar ayında elan edilmiş atəşkəs rejimi martda İsrail ordusunun döyüş əməliyyatlarını bərpa etməsi ilə pozulmuşdu. Misir, QətərABŞ-ın vasitəçiliyi ilə keçirilən bir neçə raund danışıqlara baxmayaraq, tərəflər yeni razılaşma şərtləri üzərində ortaq mövqeyə gələ bilməyiblər.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr