AZ

K pop diplomatiyası bitdi: Cənubi Koreya Şimali Koreya ilə musiqi müharibəsi ni dayandırır

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Şimali Koreya sakinləri K-pop musiqisindən məhrum olublar: Cənubi Koreya hakimiyyəti müasir musiqi, xəbərlər və təbliğat yayımlayan səsgücləndiricilərin demontajına başlayıb.

Oxu.Az bu barədə "Yonhap"a istinadla xəbər verir.

Bildirilib ki, bu Koreya yarımadası gərginliyini azaltmaq üçün edilir.

"Bazar ertəsi Cənubi Koreya KXDR ilə sərhəd boyunca quraşdırılmış təbliğat yayımları üçün səsucaldanların sökülməsinə başlayıb", - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, səsgücləndiricilər bütün demilitarizasiya zonası boyunca quraşdırılmışdı. Cənubi Koreya onlar vasitəsilə mahnılar, K-pop musiqilər və Kim Çen Inı tənqid edən xəbərlər verilirdi.

Buna cavab olaraq KXDR metal cırıltısına bənzər səslər yayımlayırdı.

Lakin iyun ayının əvvəlində Koreya Respublikasının yeni prezidenti Li Çje Myonun andiçmə mərasimindən sonra dinamiklər susduruldu. Bundan sonra Şimali Koreya da yayımı dayandırdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
oxu.az

2Mənbələr