Bu gün İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.
QOL.az xəbər verir ki, püşkatma mərasimində Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Şkendiya” (Şimali Makedoniya) - “Qarabağ” (Azərbaycan) cütünün məğlubunun da rəqibi bəlli olub. Məğlub tərəf Avroliqada pley-off-da oynayacaq.
Cütün məğlubu "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, Qurban Qurbanovun komandası "Şkendiya"nı məğlub edəcəyi təqdirdə isə eyni cütün qalibi ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsində görüşəcək.
Avropa Liqasında isə pley-off mərhələsinin matçları avqustun 21-də və 28-də keçiriləcək.