AZ

"Qara delfin"də saxlanılan manyak daha iki cinayətini etiraf etdi: Qurbanların sayı 17-yə çatdı

"Krasnokamsk manyakı" kimi tanınan və xüsusi rejimli “Qara delfin” koloniyasında ömürlük həbs cəzası çəkən Stanislav Belorustsev daha iki qətl törətdiyini etiraf edib.

Publika.az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb. Xəbərə görə, bununla cinayətkarın qurbanlarının sayı 17 nəfərə çatıb.

Məhkum cəzaçəkmə müəssisəsinin əməkdaşlarına 21 il əvvəl törətdiyi cinayətin məsuliyyətini öz üzərinə götürməyə hazır olduğunu bildirib. Bu, 6 mart 2004-cü ildə 15 və 17 yaşlı iki azyaşlının qətlidir.

Aidiyyəti strukturlardakı məlumatlı mənbə bu məlumatı təsdiqləyib. Bildirib ki, Belorustsev əməliyyat şöbəsinə etiraf göndərib. Hüquq-mühafizə orqanlarına məlumat verilib və bununla bağlı araşdırma aparılacaq.

Xatırladaq ki, Stanislav Belorustsev 2010-cu ildə üçqat qətlə görə məhkum edilib. O, içki içən dostlarını dumbbelllə (qantel) öldürüb. Daha sonra o, əlavə 12 epizodda günahını etiraf edib. Bütün cinayət əməlləri 1999-2009-cu illər arasında Krasnokamsk şəhərində (Perm diyarı) törədilib.

Seçilən
15
publika.az

1Mənbələr