AZ

Azərbaycanda 6 ayda 300 nəfər orqanlarını BAĞIŞLAYIB RƏSMİ

ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda hər il yüzlərlə insan böyrək, qaraciyər və digər həyati vacib orqanların çatışmazlığı səbəbilə həyatını itirir. Bəziləri isə donor tapılmadığı üçün vaxtsız vəfat edir. Tibbin inkişaf etdiyi bir dövrdə bu cür ölümlərin qarşısını almağın ən təsirli yolu orqan donorluğudur. 

Qeyd edək ki, son illər ölkəmizdə bu sahədə ciddi maarifləndirmə işləri aparılıb.

Modern.az ölümündən sonra orqanlarını bağışlayanların sayını öyrənmək üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.

Qurumun Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən verilən məlumata görə, 2025-ci ilin ilk 6 ay ərzində 300 nəfər ölümündən sonra orqanlarını bağışlamaq üçün razılıq ərizəsi imzalayıb.

Mərkəzdən bildirilib ki, son 6 ayda intensiv maarifləndirmə tədbirləri nəticəsində orqanlarını bağışlayanların sayı əhəmiyyətli dərəcədə artıb.

"300 nəfər orqan transplantasiyası üçün razılıq verib. Bununla da ölümündən sonra orqanlarını bağışlayanların sayı 400-ə çatıb", - məlumatda deyilir.

Xatırladaq ki, hazırda Azərbaycanda 910 nəfər orqan transplantasiyası (böyrək, qaraciyər, sümük iliyi və buynuz qişasının transplantasiyası) üçün növbədədir. Onlardan 298-i böyrək, 123-ü qaraciyər, 464-ü sümük iliyi, 25 nəfəri isə buynuz qişa transplantasiyası üçün növbə gözləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
6
modern.az

8Mənbələr