AZ

Supermarketdən oğurluq edən futbolçunun müqaviləsinə xitam verilib

İrlandiyanın "Kerri" futbol klubu yerli supermarketdən birindən oğurluq etdiyi iddia edilən zimbabveli müdafiəçisi Şeyn Marudza ilə yollarını ayırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Pundit Arena" portalına istinadən xəbər verir ki, futbolçu ilə iyulun 25-də sözləşmə imzalanıb, bundan 4 gün sonra isə müqaviləyə xitam verilib.

Komanda Marudza ilə yanaşı, qapıçı Matias Randriamami ilə də vidalaşıb.

"Təəssüf ki, prinsipləri klubun standartlarına uyğun gəlmir", - "Kerri"nin mətbuat xidmətinin bəyanatında deyilir.

Seçilən
34
8
operativmm.az

9Mənbələr