AZ

Ağacdan qırılan nəhəng budaq bir turisti ÖLDÜRDÜ – FOTO

Dağıstanda ağacdan düşən nəhəng budaq bir turisti öldürüb, daha iki nəfər yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilir ki, Dağıstanın Dərbənd şəhərində ağacdan düşən nəhəng budaq Yoşkar-Oladan olan bir qızı öldürüb, daha iki qadın isə yaralanıb.

Hər şey Dərbəndin əsas tarixi abidələrindən biri olan Cümə məscidinin ərazisində baş verib. Faciə baş verən zaman orada bir qrup turist olub.

37 yaşlı Yelena budaq başına düşən zaman tacın tam altında olub. O, aldığı xəsarətlərdən yerindəcə keçinib.

Daha iki qadın xəstəxanaya yerləşdirilib.

Şəhər rəhbərliyi gələcəkdə belə faciələrin yaşanmaması üçün ictimai yerlərdə bütün ağacların vəziyyətini yoxlayacaqlarını bildirib.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
10
interpress.az

1Mənbələr