"Qarabağ"ın gənc qapıçısı Sadiq Məmmədzadənin Serbiyanın "Belqrad" klubuna keçidi baş tutmayıb.
Bu barədə Fanat.Az-a 19 yaşlı qolkiper özü məlumat verib.
Qarşı tərəf transferi gələn ilə qədər təxirə salıb. Belədə Sadiq özünə yeni komanda axtarmalı olub. Artıq onun qarşıdakı mövsümü harada keçirəcəyi müəyyənləşib. Məmmədzadə I Liqa təmsilçisi "Difai"yə 1 illik icarəyə verilib.
Qeyd edək ki, Sadiq Məmmədzadə "Səbail"in Futbol Akademiyasının qapıçısıdır.
Mirağa